Sağlıq

Təhlükəli virusla bağlı xəbərdarlıq - Uşaqları qoruyun!

Təhlükəli virusla bağlı xəbərdarlıq - Uşaqları qoruyun!
 
Ümumdünya Səhiyyə Təşkilatı düynada qızılca xəstəliyi ilə bağlı xəbərdarlıq edib.

Xəstəlik əsasən Avropada yayılıb. Bundan başqa, Ukrayna, Rusiya, Albaniya, Çexiya, Yunanıstan, Türkiyə və digər dövlətlərdə daha çox yayılıb.
 

Ümumilikdə 6 ay ərzində 100 mindən çox qızılca xəstəsi qeydə alınıb. Bu virusa Azərbaycanda da rast gəlinir. Xəstəlik əsasən uşaqlar arasında yayılıb.

Oksford Universitetinin pediatrı Andrey Pollard qızılca xəstəliyilə bağlı bildirib ki, bu virus artıq təhlükə vəziyyətindədir.

Avstriya və İsveçrədə də bu virus yayılmağa başlayıb. Belçika və Qazaxıstanda da qızılca xəstəliyinə təsadüf edilib.

Nəzərə alsaq ki, Azərbaycanla qonşu ölkələrdə bu virus yayıldığı üçün ölkəmiz üçün də təhlükə mövcuddur.

Hazırda Azərbaycanda vəziyyət nə yerdədir?

Suala cavab tapmaq üçün Azərbaycanın baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevlə əlaqə saxladıq.

Baş pediatr BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda Azərbaycanda qızılca epidemiyası mövcud deyil.

"Azərbaycana ötən ilin noyabr ayından gətirilmə xəstəliklər var. Bir çox xəstəliklərlə yanaşı qızılca da Ukrayna və Rusiyadan gətirilə bilər. Lakin hazırda Azərbaycanda epidemiya yayılmayıb.

Qızılcanın qarşısını almaq üçün bütün vasitələrimiz mövcuddur”, - deyə Nəsib Quliyev bildirib.
 
azxeber.com

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30