“Təcavüzdən sonra 5 yaşlı qızımızın barmağına üzük taxmağı təklif etdilər

“Təcavüzdən sonra 5 yaşlı qızımızın barmağına üzük taxmağı təklif etdilər

Masazır qəsəbə sakini olan valideyn 5 yaşlı qızının 17 yaşlı qonşusu tərəfindən təcavüzə məruz qaldığını iddia edir.

Sfera.az bildirir ki, qafqazinfo-ya müraciət edən uşağın anası A.Z-nin sözlərinə görə, təqsirləndirilən şəxsin qohumları istintaqa təsir edərək ittihamın yüngülləşdirilməsinə çalışırlar: 

"2019-cu ilin sentyabrın 15-də dörd azyaşlı uşağımla birgə evin həyətində oturmuşdum. Cabirin (şərti ad) ailəsi uzun illərdir bizim qonşumuzdur, onlarla ailəvi gediş-gəlişimiz var idi. O gəlib sement aparmaq istədiyini dedi və götürmək üçün bizim evin zirzəmisinə girdi. Qızımla oğlum da həmin vaxt evə çıxmaq üçün getdilər. Bu vaxt Cabir qızımı çağırdı ki, gəl evin altında sement axtaraq. Mən elə bildim oğlum da onlarla gedib. Zirzəmidə Cabir 5 yaşlı qızıma qarşı seksual xarakterli hərəkətlər edib. Onu qorxudub deyib ki, ananı çağırma. Cabir gedəndən sonra qızım mənə hər şeyi danışdı”. 

A.Z əlavə edib ki, qızını dinləyəndən sonra Cabiri çağıraraq məsələni bildiyini nəzərinə çatdırıb:

"O da dedi ki, anamgilə demə, özümü öldürərəm. Axşam qayınanam onlara gedib Cabirin anasına dedi ki, "buradan köçün gedin, qızın atası bilsə, oğlan üçün pis olar”. Bir həftə keçdi, onlar dedilər "biz heç yerə köçmürük”. Mən də polisə müraciət etdim, istintaq çox yaxşı aparıldı. Müstəntiq Cabiri bizə gətirdi, o da harda, nə etdiyini etiraf etdi, bunlar da videoya çəkildi. Amma sonradan Cabir özünü təqsirli bilmədi, deyib ki, guya, təbii ehtiyaclarını ödəmək istəyəndə uşaq yanına gəlib, o da tez şalvarını çəkib. Amma sonradan mən qızımı danışdıranda öyrəndim ki, Cabir qızıma qarşı eyni hərəkətləri son 3-4 ay ərzində dəfələrlə təkrarlayıb”.

Qadın qeyd edib ki, istintaq zamanı Cabir həbsdə qalıb və bu yaxınlarda iş yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib: 

"Hakim Rasim Sadıxov işi geri qaytardı. Belə əsaslandırdılar ki, Cabir istintaqda ifadə verəndə qanuni nümayəndəsi yanında olmayıb. Amma bizə qəsəbədə deyilib ki, onlar istintaqa təsir edib maddəni yüngülləşdirmək istəyirlər. İstintaq vaxtı ailə bizə şikayət etməməyimiz üçün pul da təklif etmişdi. Sonra isə vəkilləri təklif etdi ki, 5 yaşlı qızımın barmağına üzük taxsınlar, böyüyəndə alarlar. Bizə belə əxlaqsız təkliflər edirdilər, amma heç biri ilə razılaşmadıq. İndi məsələnin və bu məhkəmə prosesinin ictimailəşməsini istəyirik ki, ədalətli qərar verilsin”.

Qeyd edək ki, ittiham olunan şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə təqsirləndirilir.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...