Bəhruz Məhərrəmov: Prezidentin parlamentdəki çıxışı deputatlar üçün yol xəritəsidir

Bəhruz Məhərrəmov: Prezidentin parlamentdəki çıxışı deputatlar üçün yol xəritəsidir

VI çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev dərinməzmunlu, proqram xarakterli çıxış etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 9 fevral parlament seçkiləri uğurla keçirildi və Azərbaycan xalqının iradəsini əks etdirdi. Onun sözlərinə görə, ölkəmizdə keçirilən bütün seçkilər demokratik standartlara cavab verərək qanunun tələblərini özündə əks etdirir. VI çağırış Milli Məclisin çoxpartiyalı sistem əsasında formalaşması, həm parlament rəhbərliyinin, həm də komitə rəhbərliyinin də bu əsasda formalaşması bir daha Azərbaycanın demokratik prinsiplərə sadiqliyini ifadə edir.

Sfera.az xəbər verir ki, bu fikirləri deputat Bəhruz Məhərrəmov bildirib.

Deputat qeyd edib ki, Prezidentin parlamentdəki çıxışı deputatlar üçün yol xəritəsi oldu. Azərbaycan Prezidenti qeyd etdi ki, Milli Məclisin üzvləri beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etməlidirlər, bu təşkilatlarda fəallıq daha da yüksək olmalıdır: "Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir”.

B.Məhərrəmov, həmçinin əlavə edib ki, dövlətimizin başçısı icra orqanları ilə parlament arasında əlaqə yaratdı. Belə ki, Prezident dövlət idarəçiliyində Milli Məclisin yerini xüsusi vurğuladı. "Dövlətimizin başçısı Milli Məclisin deputatlarının qarşısında duran vəzifələrlə bağlı dəyərli tövsiyələr verdi. Prezident qeyd etdi ki, deputatlar səmərəli qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərlə də daim ünsiyyətdə olmalı, onların problemlərinin həlli ilə məşğul olmalıdırlar” , - deyə Bəhruz Məhərrəmov vurğulayıb. (AZƏRTAC)

 


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...