\"Taliban\" polis məntəqəsinə hücum etdi - 10 ölü

\

Əfqanıstanın şimalındakı Kuduz əyalətində "Taliban" terror təşkilatı polis nəzarət-buraxılış məntəqələrinə hücum edib.

Sfera.az trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 10 polis əməkdaşı həlak olub.

Hücum eyni zamanda iki məntəqəyə olunub. Toqquşma zamanı 3 silahlı da zərərsizləşdirilib.
Digər mənbələrin məlumatına görə, həlak olanların sayı daha çox ola bilər.

OXŞAR XƏBƏRLƏR