“Ştutqart” Sumqayıt sakinlərini sevindirib

“Ştutqart” Sumqayıt sakinlərini sevindirib
"Müştəri məmnunluğu, bizim sevincimizdir” devizini qarşısına məqsəd qoyan, illərdir dayanmadan və yorulmadan irəliyə doğru addımlayan "Ştutqart” mağazalar şəbəkəsi yeni filialını açdı. 

Artıq "Ştutqart” mağazalar şəbəkəsi Sumqayıt şəhər sakinlərinə xidmət göstərir. Bu günlərdə təntənəli açılışı olan dükan original ehtiyyat hissələri ilə müştərilərin zövqünü oxşamaqdadır. 

Qeyd edək ki, "Ştutqart”ın Mərkəzi, Mikrorayon, Yasamal, Biləcəri, Əhmədli, Bakıxanov, Masallı, Lənkəran və s filialları mövcuddur. Həmin dükanlarda satılan ehtiyyat hissələri keyfiyyət və qiymətinə görə, çox ucuz və sərfəlidir. Ona görə də, "Ştutqart”ın mağazaları sürücülərin ən çox etibar etdiyi ünvanlardır. Çünki bu dükanlarda satılan ehtiyyat hissələrinin keyfiyyətinə təminat verilir, alıcı məmnunluğunun qorunması üçün qiymət siyasətinə də xüsusi diqqət yetirilir. 

 Bildirək ki, 2004-cü ildə yaradılmış Ştutqart mağazası müxtəlif növ avtomobil ehtiyat hissələrini dünya ölkələrindən Azərbaycana gətirərək topdan və pərakəndə satışını həyata keçirməklə məşğuldur. "Ştutqart” yarandığı ildən Azərbaycan alıcısına birinci əldən keyfiyyətli ehtiyat hissələrinin satışını təşkil etməyə müvəffəq olmuşdur. Şirkət dünyanın müxtəlif ölkələrindən avto ehtiyat hissələrinin ölkəmizə gətirilməsi ilə yanaşı həm də bir sıra nəhəng şirkətlərin rəsmi distibütoruna çevirilmişdir. 

Mağazalar şəbəkəsi müştərilərin sevincini nəinki keyfiyyətli eytiyyat hissələri təqdim etməklə, həmçinin müxtəlif layihələr həyata keçirməklə də təmin edir. Zaman-zaman hədiyyəli layihələr həyata keçirən şirkət elə Sumqayıt filialının açılışında da sevilən, original eytiyyat hissələrinə dəyər verən müştərilərini hədiyyəsiz qoymadı. Belə ki, əvvəlcədən elan edərək pulsuz kuponları müştərilərinə təqdim etdi. Əvvəlcədən müştərilərə pulsuz paylanmış kuponlar filialın açılış günü lotereya şəkilində oynanıldı. Bununla da Sumqayıt şəhər sakinləri heç bir xərc ödəmədən müxtəlif hədiyyələrə sahib oldular. Bu isə, "Ştutqart” mağazalar şəbəkəsinin müştəri məmnunluğuna nə dərəcədə önəm verdiyini göstərir.

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...