Şou əhlinin ucuz və bahalı qarderobu - FOTO

Şou əhlinin ucuz və bahalı qarderobu - FOTO

Məşhur dəb ikonası Koko Şanel deyirdi: "Dəb gedir, stil isə qalır”.

Bizim yerli məşhurlar da bu ifadəni əlində bayraq tutur.

Müğənnilər təkcə oxuduqları mahnılar, göstərdikləri şou ilə deyil, həm də bahalı geyimləri ilə də diqqət mərkəzində olurlar.

Sfera.az  "Instagram”da populyarlıq qazanan "Kim haradan geyinir?” səhifəsinə istinadən ulduzların geyimlərinin markalarını və qiymətlərini təqdim edir.

Tərzi və imici ilə gözqamaşdıran estradamızın super ulduzu, Xalq artist Röya Ayxan əyninə fərqli biçimdə "Antonio Berardi” brendinə məxsus 1013 manat dəyərində yaşıl boğazlı sviter geyinib.

Röya daha bir geyimi ilə də diqqət çəkib. Xalq artisti "Alena Akhmadullina” markasına məxsus kostyum geyinib. Kostyumun pencəyinin qiyməti 1406, şalvarının isə 937 manatdır.

Elə ifaçılar da var ki, bahalı markalara deyil, "massmarket”ə üz tuturlar. Onlardan biri müğənni Sevda Yahyayevadır. Qara rəngdə dəridən qısa "oversize” libas geyinən ulduz "Zara” markasına üz tutub. Əlbisənin endirimli qiyməti 39 manatdır.

Fərqli və zövqlü görünmək üçün yolunu "Zara”dan salan digər məşhur isə xanəndə Gülay Zeynalovadır. Sənətçinin geyindiyi ağlı-qaralı naxışlarla bəzədilmiş, boğazlı, uzun libasının endirimli qiyməti 39 manatdır. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...