SOCAR-dan “Rəsulzadə” gəmisi ilə bağlı açıqlama: \"MƏNASIZ TƏXRİBATDIR...\"

SOCAR-dan “Rəsulzadə” gəmisi ilə bağlı açıqlama: \
 

"Palmali” şirkətlər qrupuna məxsus "Mammad Amin Rasulzade” gəmisi ilə toqquşan "Doric Warrior” adlı gəminin "SOCAR Ukraine” şirkəti ilə heç bir əlaqəsi yoxdur.

Bunu "Report”un sorğusuna cavab olaraq SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O qeyd edib ki, sözügedən hadisəni SOCAR-la əlaqələndirmək ididiaları tamamilə həqiqətdən uzaq və mənasız təxribatdır: "Bunu Azərbaycana qarşı yönəldilmiş tamamilə həqiqətdən və məntiqdən uzaq olan, mənasız təxribat kimi dəyərləndiririk”.

Yenisabah.az xatırladır ki, "Mammad Amin Rasulzade” ilə "Doric Warrior” adlı gəmilər arasında toqquşma avqustun 13-də gecə saatlarında baş verib. Bu barədə məlumatı "Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov yayıb. O, bildirib ki, "Mammad Amin Rasulzade” gəmisi İstanbulun Dəmir bölgəsində limanda dayandığı yerdə vurulub. Artıq faktla bağlı İstanbul prokuroluğunda cinayət işi başlanıb.

Hadisə ilə bağlı yayılan məlumatlarda "Doric Warrior” gəmisinin "SOCAR Ukraine” şirkətinə çalışdığı iddia edilirdi.


OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...