SOCAR 6 yaşlı vunderkindi himayəyə götürdü

SOCAR 6 yaşlı  vunderkindi himayəyə götürdü
"Rossiya 1" kanalının Qəribə adamlar adlı şousunda iştirak edən Ruslan Səfərov öz qeyri-adi və sürətli hesablama metodu diqqəti cəlb edib.

6 yaşlı həmyerlimiz hesablama qabiliyyətinə görə yaşıdlarından fərqlənir. O, kökaltı və faiz məsələlərini asanlıqla həll edir.

Qusar sakini Ruslan Səfərovun bu istedadına Azərbaycan Dövlət Neft Şirkəti reaksiya verib. Ruslan Kembric proqramı ilə ingilis dilində təhsil almağa dəvət edilib. Özü də tam ödənişsiz.

Bu haqda SOCAR-ın vitse prezidenti Xalik Məmmədov öz facebook hesabında yazıb.


OXŞAR XƏBƏRLƏR