Siyavuş Novruzov: “Ölkəni təhqir edirlərsə, bu bütün millət vəkillərinə təhqirdir”

Siyavuş Novruzov: “Ölkəni təhqir edirlərsə, bu bütün millət vəkillərinə təhqirdir”
"Azərbaycanın uğurları artıqdıqca erməni lobbisi tərəfindən maliyyələşən anti-Azərbaycan qüvvələr ölkəmiz əleyhinə fikirlər söyləyirlər. Biz buna qarşı addım atmadıqca onlar daha irəli gedir. Onlar açdıqları internet səhifələrində, saytlarında Azərbaycanın dövlət quruculuğunda xüsusi rolu olan şəxslərə, ümummilli liderə qarşı olmazın təhqirlərini səsləndirirlər. Biz niyə susmalıyıq, niyə cavablarını verməməliyik?”

Sfera.az "Report”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

"Bəzən deyirlər ki, biz bu cür şəxslərin səviyyəsinə enməməliyik, amma mən o "mahnı”nı 20 ildir, eşidirəm. Söz demək istəmirlər, ona görə də bu bəhanəni uydururlar. Həmçinin burada oturan deputatların hər birini təhqir edirlər. Hesab edirəm ki, ölkənin ziyalısı da, alimi də akademiki də, professoru da bunlara cavab verməlidirlər. Hər kəs öz dövlətini, dövlət başçısını, ümummilli liderini qorumalıdır. Biz isə bunları sərbəst buraxmışıq... Onlar nə Milli Azadlıq Hərəkatında, nə də ölkəmizin torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak ediblər. Müxtəlif ad altında qaçıb xaricə gediblər. Müxtəlif yerlərdən maliyyələşirlər, Azərbaycana qarşı təxribat törədirlər. Buradan hüquq-mühafizə orqanlarına səslənirəm: 1 aylıq monitorinq aparın, nəticələri o ölkələrin aidiyyatı strukturlarının qarşısına qoyun, sual verin ki, sizin ölkənizdə dövlət çevrilişinə çağırış olsaydı, dövlət başçısını təhqir etsəydilər, nə edərdiniz? Burada təhqirdən söhbət gedir. Bu kimi hallar baş versə idi nə edərdiz? Biri məqalə yazır, onu gecə ilə Fransada, Almaniyada həbs edirlər ki, yazısında dövlət əleyhinə çağırışlar var. Azərbaycan əleyhinə bu qədər çağırışlar edirlər, oturublar orada və onları bəsləyirsiz. Hüquq-mühafizə orqanları da İnterpola konkret olaraq sənədlər təqdim etməlidir. Hüquqi-demokratik mübarizədən söhbət gedirsə, gəl, demokratik mübarizəni apar. Azərbaycanda kifayət qədər siyasi partiyalar var ki, bu gün fəaliyyət göstərir, qanun çərçivəsində mitinqini keçirir, fikirini də söyləyir. Demokratik mübarizənin yolu budur. Bu məsələ ciddi şəkildə həll olunmalı və yekunlaşmalıdır ki, başqaları da bunlara qoşulmasın. Ona görə də konkret addımlar atılmalıdır. Deputatlardan da xahiş edirəm ki, hər kəs mövqeyini bildirsin. Ölkəni təhqir edirlərsə, bu bütün millət vəkillərinə təhqirdir”, - S.Novruzov əlavə edib.
 

OXŞAR XƏBƏRLƏR

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...