Siyavuş Novruzov hüquq-mühafizə orqanlarına müraciət edib

Siyavuş Novruzov hüquq-mühafizə orqanlarına müraciət edib

“Sosial şəbəkələrdə mənim adımdan istifadə edilərək, açılan saxta profillərin kimlər tərəfindən yaradılmasının araşdırılması üçün müxtəlif instansiyalar iş aparır”. 

Qafqazinfo” xəbər verir ki, bunu Modern.az saytına hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. YAP funksioneri Facebook sosial şəbəkəsində onun adına açılan saxta hesablarla bağlı danışarkən bildirib ki, bu, artıq kütləvi hal alıb. Deputat bunun qəsdən təşkil edildiyini və eyni mərkəzdən idarə olunduğunu düşünür: “Ümumiyyətlə, ayrı-ayrı dövlət adamlarının adına yalançı profillər yaradılır. Bütün bunlar eyni mərkəzdən idarə olunur. Məsələnin araşdırılması, saxtakarların üzə çıxarılması istiqamətində iş gedir. Amma onu da nəzərə alaq ki, Facebook-un mərkəzi xaricdə olduğundan müəyyən çətinliklər var”.

Siyavuş Novruzovun sözlərinə görə xaricdəki təxribatçı qrupların Azərbaycandakı xüsusi nümayəndələri də sosial şəbəkələrdə saxta profillər yaratmaqla məşğuldurlar.

Qeyd edək ki, Facebook-da Siyavuş Novruzovun adına bir neçə hesab açılıb.


OXŞAR XƏBƏRLƏR

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...