Cəmİyyət

Sevdiyi qızı qaçırdı, başina bəla oldu - Video

Sevdiyi qızı qaçırdı, başina bəla oldu -  Video

Sumqayıt polisi sevdiyi qızı zorla qaçıran şəxsi tutub. Ceyranbatan qəsəbəsindən yaşadığı Şabran rayonuna qız qaçıran oğlan saxlanılıb. Qız isə ailəsinə qaytarılıb.

Sevdiyi qızı qaçıran oğlan başına iş açıb. Qohumunun nişanında görüb bəyəndiyi qızı qaçıran oğlan həbs edilib. Şabran sakini 21 yaşlı Azər Abduləzimovu Sumqayıt polisi Şıxəli Soltanovun şikayəti ilə saxlayıb. Adı çəkilən şəxs 2-ci polis bölməsinə məlumat verib ki, 19 yaşlı qızını yaşadıqları Ceyranbatan bağlar massivindən zorla qaçırıblar.

Dərhal əməliyyata başlayan polis adam oğurlamaqda şübhəli bilinən Azər Abduləzimovu saxlayıb. Polis qızı isə Şabran rayonunun Leyti kəndindən taparaq ailəsinə qaytarıb.

Polisdən verilən məlumata görə hadisədən sonra qız ifadəsində zorla qaçırıldığını deyib. Hətta oğlan qıza bir neçə dəfə ''səni qaçıracağam'' deyəndə qız bunu ona irad tuturmuş. Faktla bağlı cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb.

Sfera.az

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031