Şərab festivalının məhərrəm ayına təsadüf etməsi Şeyxi hədəfə gətirdi: “GƏRƏK O...”

Şərab festivalının məhərrəm ayına təsadüf etməsi Şeyxi hədəfə gətirdi: “GƏRƏK O...”


"Yaxşı olardı ki, Üzüm və Şərab Festivalı kimi tədbirlər Məhərrəmlik ayından əvvəl və yaxud sonra keçirilsin. Bu kimi tədbirlərdə təbii ki, şərab reklam edilir”.

 

Sfera.az-a açıqlamasında bu sözləri Məhərrəmlik ayında Şamaxıda Azərbaycan Üzüm və Şərab Festivalının keçirilməsinə münasibət bildirərkən ilahiyyatçı Vüqar Vəlizadə deyib.

 

İlahiyyatçı bildirib ki, festivalın keçirilməsini təbii qarşılasa da hər halda bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə məsələ ilə bağlı tövsiyyə verə bilərdi.


Əməkdaşımıza açıqlama verən dinşünas Tural İrfan isə hesab edir ki, Azərbaycanda din dövlətdən ayrıdır və bu baxımdan dövlət tədbirlərinə müdaxilə yolverilməzdir: "Azərbaycan demokratik dövlətdir. Dinin dövlət tədbirlərinə qarışmağa ixtiyarı yoxdur. Demokratik dövlətdə üzüm və şərab festivalının keçirilməsi də təbiidir. Düşünmürəm ki, həmin festivalın vaxtını təyin edəndə onun hansı zamana təsadüf etdiyinin fərqinə varmayıblar. Bu kimi işlər adətən dövlət planlarına əsasən görülür. Bu kimi məsələlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Onlar hardasa məsləhətləşmə aparıb tövsiyyə verə bilərdilər. Məsələn, Şeyx həzrətləri həmin festivalın başqa vaxta keçirilməsilə bağlı tövsiyyəsini verə bilərdi”.

 

Dinşünas hesab edir ki, festivalın məhərrəm ayına təsadüf etməsi ilə bağlı bəzi şəxslərin narazılıq etməsinə də ehtiyac yoxdur: "İçməyən, içməsin, festivala getməyən getməsin. Ona görə də Üzüm və Şərab Festivalının keçirilməsi zamanının Məhərrəmlik ayına düşməsinə təbii baxıram. Ümumiyyətlə, İslamda məhərrəmlik, matəm deyilən xüsusi əlamətdar gün yoxdur”.

Elçin


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...