Sİyasət

“Səhlənkarlığa yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı” - İlham Əliyev

“Səhlənkarlığa yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı” - İlham Əliyev
"Çox vacibdir, bu, bizim strateji obyektimizdir. Keçən ilin yayında baş vermiş qəza əlbəttə ki, bizə çox baha başa gəldi".

Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul etdiyi zaman Mingəçevir Su Elektrik Stansiyasında ötən il baş vermiş yanğınla bağlı danışarkən deyib.

Prezident sözlərinə əlavə edərək bildirib: "Bundan həm bizim vətəndaşlar əziyyət çəkdilər, metroda qalanlar oldu, həm də sənaye müəssisələri ziyan çəkdi. Ona görə qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradıldı və səhlənkarlığa, pozuntulara yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı. Ona görə məhz bizim strateji obyektimiz olan Mingəçevir Elektrik Stansiyasının bərpası və qəzadan özümüzü sığortalamaq məsələləri "Azərenerji”nin yeni rəhbərliyi qarşısında əsas vəzifə kimi dayanmışdır.

Eyni zamanda, 400 meqavat gücündə olan "Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi bizim enerji generasiya güclərimizin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir".

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031