Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasına indiyədək daxil olan

 300-dək nümunə üzərində aparılan müayinələr nəticəsində H1N1 virusu aşkarlanmayıb, 

bu qripə şübhəli hal müəyyən edilməyib.

Sfera.az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda Azərbaycanda

 epidemioloji durum stabildir və daim nəzarətdədir: "Amma bütün sərhədyanı ölkələrdə gərgin 

epidemioloji vəziyyətin davam etməsi Azərbaycan üçün real təhlükə sayılır. Ona görə də profilaktik, 

müalicəvi və əks-epidemioloji tədbirlər həyata keçirilir, ağır kəskin respirator xəstəliklərin dezinfeksiya 

rejiminə ciddi riayət edilməsinə nəzarət gücləndirilib. Ölkəmizin sərhəd-keçid məntəqələrində lazımi

 təhlükəsizlik tədbirləri həyata keçirilir. Yəni ölkə ərazisinə gələn bütün nəqliyyat vasitələri dezinfeksiya 

olunur. Xəstəlik qeydə alınan ölkələrdən Azərbaycana gələn insanlar sərhəd-keçid məntəqələrində 

müayinədən keçirilirlər. Şübhəli hal olduqda həmin şəxslər müşahidə altında saxlanılırlar".

Nazirlikdən qeyd edilib ki, Azərbaycanda bu virus aşkarlanarsa, müalicənin aparılması üçün lazımi 

şərait, kifayət qədər dərman ehtiyatı var.  Qeyd edək ki, "donuz qripi" təhlükəsi ilə əlaqədar hazırda 

Azərbaycanın 4 böyük şəhərində - Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki təhsil müəssisələri 

dezinfeksiya edilir.  Azərbaycanda 3 tibb müəssisəsində - Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 

7 saylı Uşaq Yoluxucu Xəstəxanasında və Kliniki Tibbi Mərkəzdə xüsusi palatalar hazırlanıb. 

 Xatıladaq ki, Gürcüstanda 2016-cı ilin əvvəlindən "donuz qripi" xəstəliyindən 10 nəfər, H3N2 

virusundan isə bir nəfər dünyasını dəyişib. Türkiyədə bu ilin əvvəlindən təxminən 500 şəxsdə

 H1N1 virusu aşkarlanıb.


OXŞAR XƏBƏRLƏR