\"Seçin ki, Yasamal qazansın!\" - Ramin Əhmədovun seçicilərlə görüşləri davam edir
12:10 / 24.01.2020
2115
16 saylı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədovun maraqlı və fərqli seçki kampaniyası ənənəvi tempi ilə davam edir.
Sfera.az-ın məlumatına görə, deputatlığa namizədin növbəti görüşü bu gün Mətbuat prospekti 60 ünvanında yaşayan sakinlərin bir qrupu ilə keçirilib. Bu dəfə də yasamallılar, qısa müddət ərzində ərazidə rəğbət qazana, seçiləcəyi təqdirdə vətəndaşların etimadını doğruldacağına inam yarada bilmiş Ramin Əhmədovu isti qarşılayıb, onunla səmimi söhbət aparıblar.
Ərazidə görüşlər davam etdirilir.
Seçin ki, Yasamal qazansın!