Sanitariya normalarına cavab verməyən məhsulların sayı açıqlandı

Sanitariya normalarına cavab verməyən məhsulların sayı açıqlandı

Respublika Sanitariya-Karantin Müfəttişliyi ötənilki müayinələr zamanı idxal olunan və sanitariya norma və qaydalarının tələblərinə cavab verməyən məhsulların sayını açıqlayıb.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev bu gün keçirdikləri mətbuat konfransında deyib ki, Müfəttişliyin laboratoriya şöbəsinin 2016-cı il ərzində sanitar-kimyəvi bölməsində 10460 müayinə, sanitar-bakterioloji bölməsində 6674 müayinə, toksikoloji bölməsində isə 4802 müayinə aparılıb. Onlardan 1 nümunə (toyuq dərisi) sanitar-kimyəvi müayinələrə, 28 nümunə (ət, süd və konservləşdirilmiş məhsullar) sanitar-bakterioloji müayinələrə, 5 nümunə (uşaq oyuncaqları, makiyaj vasitəsi - pomada, efir yağları) toksikoloji müayinələrə görə sanitariya norma və qaydaların tələblərinə cavab verməyib:

"Bu məhsullardan təkrar nümunələr götürülərək müayinələr aparılıb. Nəticələri sanitar norma və qaydaların tələblərinə cavab verməyən məhsullar gigiyena qeydiyyatına alınmayıb. 2016-cı il ərzində laboratoriya şöbəsinin həkimləri tərəfindən respublikadan ixrac olunan məhsullar üzrə 68 dozimetrik müayinə aparılıb".

T.Vəliyev bildirib ki, Azərbaycana idxal olunan məhsullar üzərində daim sanitariya nəzarəti həyata keçirilir.

Onun sözlərinə görə, hüquqi və fiziki şəxslərin rəsmi müraciətləri əsasında məhsulla bağlı sənədlər araşdırıldıqdan sonra laborator müayinələr üçün nümunələr götürülür:

 

"Nümunələr Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli 25 №-li əmri ilə təsdiq edilmiş "Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər"də nəzərdə tutulmuş təhlükəsizlik göstəricilərinə görə müayinə edilir. Müayinələrin nəticələri bu normativlərin tələblərinə cavab verərsə, məhsul dövlət gigiyena qeydiyyatına alınır və realizasiyasına icazə verilir. Məhsulun laborator müayinələrinin nəticələri həmin normativlərin tələblərinə cavab vermədiyi halda, müvafiq tədbirlər görülür. Məhsulların dövlət gigiyena qeydiyyatına alınması zamanı istər gömrük-sərhəd keçidlərində, istərsə də respublika daxilində gecikmə hallarına yol verilmir".

T.Vəliyev deyib ki, dövlət gigiyena qeydiyyatına alınan məhsullar Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyinin elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün birgə yaratdığı Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) yerləşdirilir. Bununla da gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə tam məlumat olur.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...