Salyanda yaşlı kişinin küçədən tapdığı əşya əlində partlayıb

Salyanda yaşlı kişinin küçədən tapdığı əşya əlində partlayıb
Salyanda bədbəxt hadisə baş verib.

Sfera.az  "Report”a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan şəhəri Qulu Əsgərov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1939-cu il təvəllüdlü Abbasov Aləddin Qasım oğlu küçədən tapdığı əşyanı yoxlayarkən anidən partlayıb. Nəticədə sol əli ciddi xəsarət alıb.

Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda cərrahiyyə şöbəsinə qəbul edilən A.Abbasov əməliyyat olunur. Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR