Rusu döyərək öldürən ermənilər tutuldu

Rusu döyərək öldürən ermənilər tutuldu

Polis Minvod xəstəxanasında kütləvi davanın bütün iştitrakçılarını müəyyən edib. 

Sfera.az-ın ans press-ə istinadən məlumatına görə, indiyədək dava ilə bağlı 26 şübhəli saxlanılıb.

Müstəntiqlər "Yevgeni" kafesində və Minvod xəstəxanasında kütləvi davanın 33 iştitrakçısının hamısını müəyyən ediblər. Bu haqda Stavropol polisinin mətbuat xidməti bildirib.

Polis əməkdaşları daha beş şübhəlini saxlayıb. Polisin açıqlamasına görə, 28 yaşlı Aram Akopyan, 42 yaşlı Kamo Xanqulyan, 39 yaşlı Vrej Mirzoyan, 21 yaşlı Vaqif Həmzətov və 25 yaşlı Suren Oqanezov əsas şübhəli şəxs Andranik Çakanyanla birlikdə xəstəxanaya zorla girib.

İstintaq Anatoli Larionovun qətlinə görə 26 nəfərin saxlandığını bildirib. Qalan yeddi nəfər gizləniblər, indi onlar axtarışdadır.

Xatırladaq ki, Minvod xəstəxanasında kütləvi dava sentyabrın 21-də olub. "Yevgeni" kafesində başlanan dava xəstəxanada davam edib. Dostları zərər çəkəni xəstəxanaya aparıb. Bir müddətdən sonra xəstəxananın qəbul şöbəsinə erməni millətinə mənsub 30-dan çox insan zorla girib. Onlar Anatoli Larionovu amansızcasına döyüblər, həmçinin onun dostu Ruslan Abduljalilovu və tibb bacısı Nina Stanka bədən xəsarətləri yetiriblər. 29 sentyabrda Anatolu Larionov ağır kəllə-beyin travması nəticəsində ölüb.

Share Button

DİGƏR XƏBƏRLƏR