Rusiyanın 3 aviaşirkəti Azərbaycana gəlir

Rusiyanın 3 aviaşirkəti Azərbaycana gəlir

Rusiyanın 3 aviadaşıyıcısı iki marşrut üzrə Azərbaycana reyslərin həyata keçirilməsi üçün icazə alıb.

Bu barədə Trend Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin saytına istinadən məlumat verir.

"YuTeyr" aviaşirkəti həftədə 4 dəfə olmaqla Kazan-Bakı mütəmadi sərnişin reyslərinin yerinə yetirilməsi üçün icazə alıb.

"Taymır" aviaşirkəti həftədə 1 dəfə olmaqla Kazan-Bakı uçuşlarının icrası üçün icazə alıb.

"Komiaviatrans" aviaşirkəti isə həftədə 2 dəfə olmaqla Yekaterinburq-Lənkəran marşrutu üzrə reyslərin təşkili üzrə icazə alıb.


OXŞAR XƏBƏRLƏR