Rusiya səfirliyi atəşə tutuldu

Rusiya səfirliyi atəşə tutuldu
 
Rusiyanın Suriyada səfirliyi minaatanlardan atəşə tutulub.

Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, mərmilərdən biri diplomatik nümayəndəliyinin əməkdaşlarının qaldığı yaşayış binasının yaxınlığına düşüb. 

Rusiya XİN hadisənin ötən gün baş verdiyini açıqlayıb.

Ümumilikdə səfirliyin binasına üç mərmi atılıb. "Xoşbəxtlikdən səfirliyin əməkdaşlarından heç kim xəsarət almayıb. Diplomatik missiyanın binasına ziyan dəyib”, - deyə XİN-in yaydığı məlumatda bildirilib. 


OXŞAR XƏBƏRLƏR