Dünya

Rusiya Oleq Smolenkovu İnterpol xətti ilə axtarışa verib

Rusiya Oleq Smolenkovu İnterpol xətti ilə axtarışa verib
 

Rusiya ABŞ casusu Oleq Smolenkovu İnterpol xətti ilə axtarışa verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya İnterpol qarşısında Oleq Smolenkovun ABŞ-da olub-olmaması ilə bağlı məsələ qaldırıb.

 

M. Zaxarova qeyd edib ki, bir neçə il bundan öncə Kreml administrasiyasının keçmiş əməkdaşı öz ailəsi ilə birlikdə xarici ölkənin ərazisində yoxa çıxıb: "Üzərindən iki il ötdükdən sonra ABŞ kütləvi informasiya vasitələri onun ABŞ-da olduğu barədə məlumat yayıb. Bu məlumatlar öz-özlüyündə müvafiq prosessual prosedur çərçivəsində yoxlama tələb edir. Bununla əlaqədar İnterpol qarşısında xarici vətəndaşın itkin düşməsi və onun yerinin ABŞ ərazisində olması faktı barədə məsələ qaldırılıb”.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30