Rusiya daxili işlər naziri Azərbaycan səfiri ilə görüşüb - YENİLƏNİB

Rusiya daxili işlər naziri Azərbaycan səfiri ilə görüşüb - YENİLƏNİB

rusiya daxili isler naziri azerbaycan sefiri ile gorusub yenilenib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin daxili işlər naziri Vladimir Kolokoltsevlə görüşüb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Görüş zamanı miqrasiya sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib.

Rusiyalı nazir son zamanlar iki ölkə arasında münasibətlərin aktivləşdiyini bildirib: "Bu münasibətlərə ötən ilin avqustunda Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşündə imzalanan deklarasiya böyük impuls verib".

V. Kolokoltsev Rusiya və Azərbaycan hüquq-mühafizə orqanlarının MDB ölkələri miqrasiya orqanları rəhbərləri Şurası və birgə əməkdaşlıq komissiyası çərçivəsində qanunsuz miqrasiya ilə mübarizədə birgə aktiv iş apardıqlarını bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan Rusiyaya gələn insanların sayına görə, 5-6-cı yeri tutur. Rusiyalı nazir iki ölkənin daxili işlər nazirliklərinin xətti ilə əlaqələrin genişləndirilməsinin və inkişafının vacibliyini vurğulayıb. 

Səfirlikdən verilən xəbərə görə,  görüşdə səfir Polad Bülbüloğlu bildirib ki, Rusiya ilə Azərbaycan arasında olan sıx dostluq, humanitar və iqtisadi əlaqələr iki ölkənin vətəndaşlarının olduqca intensiv hərəkətinə kömək edir: "Moskva və Bakı arasında gündə yeddi aviareys həyata keçirilir. Eləcə də dəmiryolu və avtobus nəqliyyatı fəaliyyət göstərir. Burada miqrasiya qanunvericiliyinin tətbiqi məsələsi xüsusi önəm daşıyır".

Regionda və Dağıstan Respublikası ərazisindən keçən Rusiya-Azərbaycan sərhədində mövcud vəziyyəti nəzərə alaraq, səfir təhlükəsizliyin təmin olunması üçün cinayətkarlığa dair mübarizədə qarşılıqlı fəaliyyət və əməkdaşlığın vacibliyini qeyd edib.

Görüşdə ölkələrimizdən keçən tranzit yük daşımalarının təhlükəsizliyinin təmin olunmasının, miqrasiya qanunvericiliyinin yüngülləşdirilməsi və böyük yük avtomobillərinin sürücülərinin Rusiya ərazisində qalma müddətinin artırılmasının vacibliyi vurğulanıb.

 

Qeyd edək ki, görüşdə Azərbaycan DİN-in Rusiyadakı nümayəndəsi, MDB ölkələri üzrə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosunun direktor müavini, polis general-mayoru Əkbər Yusifov da iştirak edib.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...