Rus qızılını Yaponiya niyə girov saxlayır?-Şok faktlar

Rus qızılını Yaponiya niyə girov saxlayır?-Şok faktlar

Rəsmi Tokio 1945-ci ilə müharibə qəniməti kimi Yaponiyadan alınan dörd adanın onlara qaytarılmasında israr edir. Lakin Rusiya belə bir addımı atmayacağını bildirir. Sfera.az xəbər verir ki, Rusiyanın "İnforuss” saytı maraqlı bir yazı nəşr edib. Yaponiya Rusiyanın ona məxsus adaları geri qaytarmalı olduğunu iddia edir. Lakin Yaponiyanın özü Rusiyaya külli miqdarda pul borcludu. Həmin yazını təqdim edirik.

Kuril adalarının Yaponiyaya qaytarılması, daha doğrusu qaytarılmaması mövzusu hərbi, iqtisadi və siyasi baxışla nəzərdən keçirilib.

 

Rusiya-Yaponiya: Kuril barədə düşünmədən öncə qızılları qaytarın! Məsələnin bir də mənəvi tərəfinə baxmaq lazımdı

Niyə yaponlar bəzi keçmiş sovet ölkələri kimi elə düşünürlər ki, ruslar onlara nəsə borcludurlar?

 

Bir müddət əvvəl Yaponiyanın nüfuzlu "Nikkey” nəşri yerli əhali arasında sorğu keçirib və yaponların 100%-i Kuril adalarının Rusiyanın olduğunu qəbul etməyib. İki adayla razı olan 5%-dir. 46% isə düşünür ki, Yaponiya əvvəlcə iki adanı alsın, sonra qalan ikisini.

33% danışıqsız kapitulyasiyada israr edir. Moskva heç bir şərt irəli sürmədən dörd adanı qaytarmalıdı.

 

Yaponiyanın baş naziri Sindzo Abe elektoratına söz verir ki, "şimal ərazilər”ini  indiki nəsil həyatda olarkən qaytaracaq.

Kuril adaları SSRİ-yə İkinci Dünya Savaşında Yaponiyanın faşist Almaniyasının tərəfində iştirak etməsinə görə keçib.

Necə deyərlər müttəfiq seçəndə diqqətli olmaq lazımdı və burnunu başqa ərazilərə soxmamalısan.

 

Gələk kimin kimə borclu olması məsələsinə.

 

Çox adam bilmir ki, Yaponiya Rusiya imperiyasının qızıl ehtiyatının önəmli hissəsinin saxlanıldığı ölkələrdən biri olub. Ağqvardiyaçıların Maliyyə Naziri olmuş V.İ.Moravskini yazlarına görə çar ordusunun son qalıntıları Vlastivastokdan gündoğan ölkəyə külli miqdarda pul keçiriblər. 10 milyon qızıl rubl, 170 min ABŞ dolları, 25 min funt sterlinq, 424 min qızıl frank, 450 min Meksika dolları.

 

Yaponiyanın "Bank of Tokio” və "Yokohama Sökin Qiko” bankları Kolçak generallarından olan Petrova məxsus "müvəqqəti əmanəti”, 22 sandıq qızıl pulu qəbul ediblər. Ümumilikdə "ağlar” vasitəsilə Yaponiyaya 200 ton rus qızılı daşınıb.

Qızıllar hələ də geri qayıtmayıb. Lakin razılaşmaya görə Rusiyanın Dövlət Bankı qızıl depozitin sahibidir və istədiyi zaman geri ala bilər. Bu zaman 6% transfer xərclərinə çıxılacaq.

 

Ataman Semyonov 1922-ci ildə qızılları geri almaq istəyib, amma onun tələbi rədd edilib. Qarşı tərəf onu tanımadığını bildirib.

Məhkəmə çəkişmələri 1929-cu ilə qədər davam edib və heç bir nəticə verməyib. Məğrur samurayların varisləri unudurlar ki, "müvəqqəti verilmiş” rus qızılı indi yapon iqtisadiyyatının fəxri sayılan "Mitsubişi-bank”dadı.

 

Qızıllar hazırda Yaponiyadadı. Ona bir əsrə yaxın müddətdə xeyli faizlər yığılıb. İndiki məzənnə ilə bir neçə yüz milyard dollarlıq məbləğ deməkdir.

 

Ona görə də Rusiya Yaponiya münasibətlərində kim kimə borcludur , məsələsi böyük sualdır. Rusiya bayrağını qəzəblə tapdalamazdan əvvəl yaponlar kimin daha çox borclu olduğunu öyrənsinlər.


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...