\"Roma\"nın baş məşqçisi: “Qarabağ”a, onun tarixinə böyük hörmətim var”

\
 "Oyunçuların hamısını oynatmağa çalışırıq. Hər biri bizim üçün dəyərlidi”.

Apasport.az saytının məlumatına görə, bunu "Roma”nın baş məşqçisi Eysebio Di Françesko deyib.

İtaliya nəhəngi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ”ın qonağı olacaq.

Di Françesko qarşılaşmanın baş tutacağı Bakı Olimpiya Stadionunun konfrans zalında keçirilən mətbuat konfransında bu fikirləri səsləndirib: "Heyətimizi rəqibə görə qurmuruq. Oyun günü kim yaxşı formadadısa, ona da şans veririk. "Qarabağ”a, onun tarixinə, bura qədər gəldiyi yola böyük hörmətim var. Əminliklə deyə bilərəm ki, sabah bizə asan olmayacaq”.

- El Şaravinin yenidən oynaması nə ilə bağlı idi?

- El Şaravi qısa vaxtda zədəsini sağaltdı və onu oynatdıq. Komandamızda Florenzi və Perotti də onu əvəzləmək iqtidarındadılar.

- İtaliya komandalarının Çempionlar Liqası üçün tam təkmilləşmədikləri deyilir. Sizin buna münasibətiniz necədi?

- Bununla razı deyiləm. Daim İspaniya və İngiltərə komandalarına qarşı normal oynamışıq. Digər tərəfdən məşqlərin və hazırlığın buna aidiyyəti yoxdu. Çempionlar  Liqası üçün başqa səbəb olmalıdı.

- "Roma”nı qarşıda çətin oyunlar gözləyir. "Qarabağ”la matçda heyət qurarkən bunu nəzərə alacaqsınız?

- Çətin oyunlar olacağını dərk edirik. "Qarabağ”dan texniki cəhətdən üstün olduğumuzu bilirik. Bütün komandalara qarşı qəddar oyun göstərmək niyyətindəyik. Heç bir komandaya güzəşt etmək niyyətimiz yoxdu.

- Komandada nə kimi dəyişikliklər etməyi düşünürsünüz?

- Bir komandanı tamamilə dəyişmək doğru olmaz. Nə qədər dəyişiklik edəcəyimi isə indidən deyə bilmərəm.

- Klubunuzun baş icraçı direktoru Umberto Qandini bildirib ki, "Qarabağ”ın hücumçusu Mahir Mədətovu izləyisiniz. Onunla bağlı düşüncələriniz nələrdi?

- (Mahirin adını tərcüməçidən dəqiqləşdirdikdən sonra). Çox maraqlı oyunçudu. Onu uzaqdan zərbələri ilə tanıyırıq. Mahiri yenə də izləyəcəyik. Amma bura gəlmək səbəbimiz qələbə qazanmaqdı. Mahirdən əlavə, Dino Ndlovu, Pedro Enrike kimi daha 4 oyunçu təhlükəlidi. Onların hamısını sona qədər izləyəcəyik.

- Defrelin müntəzəm oynamamasının səbəbi nədi?

- Onu hamıdan yaxşı tanıyıram. Defrel mənim üçün xüsusi futbolçudu. Onu oynatmıramsa, o demək deyil ki, meydanda görmək istəmirəm. Oynatmıramsa, deməli, ona əlavə nələrisə öyrədirəm.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...