Cəmİyyət

Rəsmi qəzetlər ləğv olunsun? – Rəşad Məcidin təklifi tərəfdarsız qaldı

Rəsmi qəzetlər ləğv olunsun? – Rəşad Məcidin təklifi tərəfdarsız qaldı


"Rəsmi qəzetlər də fəaliyyət göstərməlidir”.


Sfera.az-a açıqlamasında bu sözləri "525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin rəsmi qəzetlərin ləğv olunması ilə bağlı təklifini dəyərləndirərkən "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib:

 

"Deyirlər ki, bir çox ölkələrdə rəsmi qəzetlər yoxdur. Amma var. Azərbaycanda da rəsmi qəzetlərin ləğv olunmasının tərəfdarı deyiləm. Düşünürəm ki, ölkədə rəsmi qəzetlər də fəaliyyət göstərməlidir. Ən azından rəsmi məlumatların dərc olunması, dövlətin qəbul etdiyi rəsmi sənədlərin yayılması, ictimailləşməsilə əlaqədar belə qəzetlərin olması da vacib və labüddür. Dövlət televiziyası olursa, niyə rəsmi qəzetlər də olmasın?”.


"Hamısı yox, bir-ikisi qalsa bəsdir”


Bu sözləri isə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa söyləyib: "Fikrimcə, ölkədə rəsmi qəzetlər də fəaliyyət göstərməlidir. Bir neçə rəsmi qəzetin qalması vacibdir. Ona görə ki, burada dövlətin verdiyi məlumatlar qeyd olunur. Hətta qanunvericilikdə də vurğulanıb ki, hər hansı bir qanun rəsmi qəzetdə dərc olunandan sonra qüvvəyə minir. Bu baxımdan da sərəncam, fərman və qanunların yazılı mətn olara qəzetlərdə verilməsi vacibdir. Ona görə də müstəqil mətbuatla yanaşı rəsmi qəzetlərin də fəaliyyət göstərməsinə müsbət baxıram. Amma hamısının yox, bir-ikisi qalsa kifayətdir”.

 

 

Elçin

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30