Sİyasət

Rəsmi Bakı Ukrayna və İrana başsağlığı verdi

Rəsmi Bakı Ukrayna və İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya və İrana başsağlığı verib.

Sfera.az-ın məlumatına görə, bu barədə XİN-in "Twitter” səhifəsində bildirilib.

XİN qeyd edib:

 

"Tehran yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 176 nəfərin həlak olması ilə bağlı xəbəri böyük kədər hissi ilə qarşıladıq. Faciəvi şəkildə yaxınlarını itirmiş ailələrə başsağlığı veririk”, - deyə qeyd olunub.

Yanvarın 8-də Tehrandan havaya qalxan "Boeing 737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

İlkin məlumatlara görə, Kiyevə getmək üçün İmam Xomeyni beynəlxalq aeroportundan havaya qalxan təyyarə qısa müddət sonra qəzaya uğrayıb.

Təyyarədəki sərnişinlərin və ekipaj üzvlərinin hamısı həlak olub.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031