ReAl qeydiyyata alınır – İlqar Məmmədov PA-da keçirilən görüşdən danışdı

ReAl qeydiyyata alınır – İlqar Məmmədov PA-da keçirilən görüşdən danışdı

"Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici orqanla iş üzrə şöbəsinin müdiri Ədalət Vəliyevlə daha bir görüşüm oldu. İctimai-siyasi əhəmiyyət daşıyan məsələlərə dair faydalı fikir mübadiləsi etdik. Prezident İlham Əliyevin siyasi dialoq təşəbbüsünün vacibliyini bir daha qeyd etdik”.


Sfera.az xəbər verir ki, bu açıqlamnı ReAl sədri İlqar Məmmədov verib. O bildirib ki, PA şöbə müdirinin diqqətinə Respublikaçı Alternativ partiyasının qeydiyyatla bağlı üzləşdiyi çətinliyi çatdırıb:

 

 

"Cənab Vəliyev bildirdi ki, pandemiya şəraiti səbəbilə təsis qurultayının adi qaydada keçirilməsi mümkün olmadığı dövrdə videokonfrans rejimində keçirilən təsis qurultayını da dövlət qeydiyyat üçün əsas kimi götürə bilər. Beləlikə, REAL partiyasının təsis qurultayını videokonfrans rejimində keçirib tezliklə qeydiyyat üçün müraciət edəcəyik”.


OXŞAR XƏBƏRLƏR