Qusarda evdən 15 min manatlıq qızıl oğurlanıb

Qusarda evdən 15 min manatlıq qızıl oğurlanıb
 

Qusarda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sfera.az-a  bildirilib ki, oğurluq etdiyinə görə Ş.Əfəndiyev saxlanılıb. Onun ətrafında Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 25-də şəhər ərazisindəki evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR