"Turizmin İnkişfaına Kömək” İctimai Birliyi tədbir keçirdi

"Turizmin İnkişfaına Kömək” İctimai Birliyi tədbir keçirdi
Turizm sahəsində təhsilin keyfiyyəti əsas şərtdir. Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil ocağının sosial tərəfdaşı sayılan "Turizmin İnkişfaına Kömək” İctimai Birliyinin dəstəyi ilə "Azərbaycanda turizm təhsilinin keyfiyyətinin yaxşılaşdırılmasına kömək” layihəsi çərçivəsində tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən layihənin müzakirəsi zamanı ATMU-nun Tədris işləri üzrə prorektoru s.ü.f.d. Eldar Aslanov bildirib ki, universitet 10 illik fəaliyyəti ərəfəsində öz ənənəsinə sadiq qalaraq daha bir ilk yeniliyə imza atır.
Belə ki, ”ATMU Kataloqu”nun tərtib edilməsində başlıca məqsəd layihənin adından da göründüyü kimi ali məktəblərdə turizm təhsilinin keyfiyyətini artırmaqdan ibarətdir. Azərbaycanın üniversitetləri üçün pilot layihə sayılan kataloqun tərtibində ATMU-nun təcrübəli əməkdaşlarının təklif və rəylərinə,o cümlədən xarici ölkə universitetlərinin çoxillik təcrübəsinə istinad olunub. E.Aslanov "ATMU Kataloqu”nun geniş təqdimatı zamanı onu da qeyd edib ki, bu toplu tədris ilinə uyğun zaman-zaman yenilənmək şərti ilə davamlı nəşr olunacaq.Daxili prosedur və qaydaların əks olunduğu pilot kataloqun oxucu auditoriyası əsasən universitetə yeni qəbul olunan tələbə, müəllim və inzibatı heyətdə çalışan əməkdaşlardan formalaşacaq. 
ATMU Kataloqu təxminən 50 səhifə olmaqla 8 bölmədən ibarətdir. Kataloqun birinci bölməsi "Azəbaycan Turizm və Menecment Universiteti haqqında” adlanır və əsasən universitetin yaranma və fəaliyyət istiqamətinə, missiyasına, dəyərlərinə və əsas hədəflərinə həsr olunub. "Struktur və idarəetmə” bölməsində universitetin əsas struktur vahidləri kimi rektorluq, elmi şura, fakültələr, kadr hazırlığı aparılan ixtisaslar, kafedralar, şöbələr və mərkəzlər haqqında məlumat verilir. Üçüncü bölmə tələbələr üçün universitetə giriş hesab edilən qeydiyyat məsələsinə həsr olunur. Bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan şəxslərin qeydiyyatı, prosedurları ətraflı şərh edilir. Kataloqun ən mürəkkəb bölməsi "Akademik siyasət” adlanır. 20 alt bənddən ibarət bu bölmədə təhsil alanın tədris prosesində qarşılaşdığı əsas akademik addımlar və hadisələr tək-tək mövcud qaydalar əsasında izah olunur. Təhsil illərinin ən həyəcan dolu günlərini əhatə edən "Qiymətləndirmə və imtahanlarin keçirilməsi” bölməsində çoxballı sistemdə tələbə biliyinin qiymətləndirməsi, imtahan prosedurları və qaydaları, imtahanlara nəzarət, imtahan cavablarının yoxlanılması və appelyasiya ilə bağlı məsələlər öz əksini tapır.
Sonrakı ”Tələbə həyatı” bölməsində isə təhsil alanların sosial həyatı, Tələbə-Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqının əsas funksiyaları,həmçinin bölmələr üzrə fəaliyyətləri barədə müfəssəl məlumat verilir. Yeddinci bölmə "Beynəlxalq əlaqələr” adlanır. Universitetin beynəlxalq əlaqələrinin işgüzar coğrafiyası konteksində tələbə mobilliyi, xaricdə təhsil, ikili diplom proqramları və s., bu kimi inkişaf tendensiyasından yararlana bilmək imkanlarından bəhs olunur. 
Nəhayət sonuncu-səkkizinci bölmədə universitetin Akademik təqvimi verilir. Tələbələr əsas istiqamətverici tədris sənədinə əsasən illik və semestr dərslərinin başlanılma, bitmə, aralıq, final və yekun dövlət imtahanlarının,o cümlədən istehsalat təcrübə və yay semestinin nəzərdə tutulan vaxt çərçivələrini dəqiqliyi ilə öyrənə bilirlər. Ali təhsil ocağının sosial tərəfdaşı sayılan "Turizmin İnkişfaına Kömək” İctimai Birliyinin dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən "Azərbaycanda turizm təhsilinin keyfiyyətinin yaxşılaşdırılmasına kömək”pilot layihəsi çərçivəsində tərtib edilən "ATMU Kataloqu”nun bənd-bənd müzakirəsindən sonra bəzi qeydlərin əlavə edilməsinə münasibət bildirildi. Onu da qeyd edək "ATMU Kataloq”u bir-neçə il əvvəl çap olunan "Tələbələr üçün yaddaş kitabçası” formasında tərtib edilib.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...