Qubada tanınmış oteldə biabırçı mənzərə - FOTO

Qubada tanınmış oteldə biabırçı mənzərə - FOTO

İstirahət üçün Qubaya üz tutan vətəndaş Fuad Məmmədov "Retro" oteldə xoşagəlməz mənzərə ilə qarşılaşıb.

"Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat paylaşıb.

F. Məmmədov onun üçün ayrılmış otaqda çarpayı əvəzinə, matrasdan düzəldilmiş "yataq" görüb:

"Otellə əlaqə saxlayıb otağı bron elədim. Gedib ödənişi etdikdən sonra, əşyaları qoyub oteldən çıxdım. Heç nəyə də fikir vermədim. Çünki burda bir neçə dəfə olmuşdum. Qayıdanda gördüm ki, çarpayı əvəzinə matras qoyublar.

Ya otağı dəyişdirmələrini, ya da pulumu qaytarmalarını tələb etsəm də, otel təmsilçiləri ödənişdən 1 saat keçdiyi üçün pulu sistemə vurduqlarını və qaytara bilməyəcəklərini bildirdilər. Başqa boş otaq da yox idi".

Əməkdaşımız məsələ ilə bağlı sözügedən otellə əlaqə saxlayıb. Fotolarla tanış olan otel nümayəndəsi xoşagəlməz mənzərəni şərh etməkdən boyun qaçırıb. O, bu barədə danışmaq istəmədiyini bildirib.

 



OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...