Hadİsə

Qubada hoteldə qəza: Kanat qırıldı, ölən və xəsarət alanlar var

Qubada hoteldə qəza: Kanat qırıldı, ölən və xəsarət alanlar var
Quba rayonunda bədbəxt hadisə baş verib.

Qubadakı hotellərdən birində kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(APA)

 
AdRiver

XƏBƏR LENTİ