Qubad İbadoğlunun qızı haqda nazirlikdən açıqlama: “Xəsarətlərin dərəcəsi...”

Qubad İbadoğlunun qızı haqda nazirlikdən açıqlama: “Xəsarətlərin dərəcəsi...”

İqtisadçı Qubad İbadoğlu parlament seçkilər günü qızı Jalə Bayramovaya qarşı Lənkəran rayonu Şürük kəndində yerləşən 16-cı məntəqədə baş verən fiziki zordan və təzyiqlərdən danışıb. O bildirib ki, qızı məntəqədəki saxtakarlığa mane olduğuna görə, bu hadisə baş verib və indiyə kimi bu işlə əlaqədar heç kim cəzalandırılmayıb.

Sfera.az  yeni sabah-a istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, J.Bayramova məntəqədəki saxtakarlığa mane olduğuna görə deyil, məntəqəyə gələn seçiciləri videoya çəkdiyinə görə bu hadisə baş verib: 

"Məntəqə sədrinin çağırışı ilə oraya daxil olan polis əməkdaşları Jaləni Rayon Polis Şöbəsinə gətirərək, müvafiq qaydada onun ərizəsini və izahatını alıblar. Dünən isə J.Bayramovanı RPŞ-nin rəisi şəxsən qəbul edib, dinləyib və xəsarətlərinin dərəcəsinin təyin edilməsi üçün tibbi ekspertizaya göndərilməsi də təmin edilib. Yəni, bu hadisə ilə əlaqədar RPŞ-də bütün zəruri tədbirlər həyata keçirilib”. 

E.Zahidov onu da vurğulayıb ki, tibbi ekspertin rəyindən və bununla bağlı aparılan araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...