Quba rayonunda polislər yaralı ceyranı xilas ediblər - FOTO

Quba rayonunda polislər yaralı ceyranı xilas ediblər - FOTO
 
Quba rayonunda polislər yaralı ceyranı xilas ediblər.

DİN Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, ətraf mühitin, təbiətin də mühafizəsi daim polis əməkdaşlarının diqqət və nəzarətindədir.

Belə ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun İspik kənd ərazisində xidmət aparan zaman meşəlik ərazidə yaralı ceyran görüblər. Hər zaman xeyirxahlıq və qayğıkeşliyi özlərinə vacib amil bilən polis əməkdaşları təbiətimizin gözəllik nümunəsinin yaralı halına biganə qalmayıblar. Dərhal onlar sıx meşəlikdə ölümlə üz-üzə köməksiz vəziyyətdə qalan ceyranı götürərək öz xidməti avtomobilləri ilə Quba Rayon Polis Şöbəsinə gətiriblər. 

Burada ceyrana ilk yardım göstərmək üçün əməkdaşlar şöbəyə rayon baytarlıq xidmətinin nümayəndələrini dəvət ediblər. Yaralı heyvana göstərilən bütün zəruri təxirəsalınmaz tədbirlərdən sonra canlının halı yaxşılaşıb. 

Daha sonra polis şöbəsinin əməkdaşları heyvanın sağlamlığının tam bərpa olunması və yenidən təbiətə qaytarılması üçün onu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil veriblər.

OXŞAR XƏBƏRLƏR

Qardaşlıq dünyasısan... - VİDEO

İyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezi...

Xanımı Azərin heç yerdə olmayan görüntülərini paylaşdı – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün mərhum aktyor Azər Baxşəliyevin ad günüdür.   Sfera.az xəbər verir ki, aktyorun memar həyat yoldaşı Nigar Seyid onunla ...

Direktor yük maşınının altında qalıb öldü - Hadisənin TƏFƏRRÜATI

Ordubad rayonunun Nürgüt kəndindən təxminən 2 kilometr aralıda yol-nəqliyyat hadisəsi baş verib.   Hadisə zamanı avtomobil dərəyə aşıb. Nəticədə, nəq...

Özbəkistan prezidenti Zəfər parkına səfərindən paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 3-ü Bakıda Zəfər parkını ziyarət edib.   Sfera.az-ın məlumatına görə, Özbə...

Mehriban Xanlarova aldığı qonorarı açıqladı - VİDEO

Əməkdar artist Mehriban Xanlarova qonorarını açıqlayıb.    Sfera.az xəbər verir ki, aktrisa "Bizimləsən" proqramında bu haqda danışıb....

Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə olub

Rusiya rəsmi olaraq Əfqanıstan İslam Əmirliyini tanıyıb.   Sfera.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazilriyindən məlumat verili...