Dünya

Qroznıda kişi polisə atəş açıb

Qroznıda kişi polisə atəş açıb
 

Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində yerli sakin maşından polisə atəş açıb.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə idarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bazar ertəsi yerli vaxtla saat 08:30 radələrində polisin saxladığı "Ford" markalı avtomobili idarə edən 2001-ci il təvəllüdlü Usman Aziyev polis əməkdaşlarına tərəf tapançadan atəş açıb. Polis cavab atəşi ilə onu öldürüb.

Hadisənin başvermə şəraiti dəqiqləşdirilir. Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031