Qorxmaz Hüseynovun qardaşının fantastik - MÜLK SİYAHISI + FOTOFAKT

Qorxmaz Hüseynovun qardaşının fantastik - MÜLK SİYAHISI + FOTOFAKT

Bir müddət öncə Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki "Şuşa” şəhərciyində yaşayan Füzuli rayonu Böyük Bəhmənli kəndindən olan məcburi köçkün Elnur Mənsur oğlu İsmayılovun "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovla bağlı prezidentə ünvanladığı şikayət məktubunu dərc etmişdik 

Bu dəfə Elnur İsmayılov arqument.az-a "Azərsu” ASC sədri Qorxmaz Hüseynovun qardaşı, ARDNŞ-nin Qazma işləri trestinin rəis müavini Faiq Hüseynovla bağlı daha ilginc informasiyalar verib. 

Belə ki, məcburi köçkün ASC rəhbərinin məmur qardaşının milyon manatlarla ölçülən obyektləri, villaları və istirahət mərkəzləri ilə bağlı foto-faktlar təqdim edib. 

Qorxmaz Hüseynovun qardaşının fantastik MÜLK SİYAHISI
E.Hüseynov ünvanladığı müraciətində yazır: ""Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovdan cənab Prezidentə müraciət ünvanlamışdım. İndi isə Faiq Hüseynovun işlədiyi dövrdə özünə yaxın insanların adına sənədləşdirib tikdirdiyi mülklərin bir hissəsinin siyahısını və fotolarını təqdim edirəm. Qeyd edim ki, bu mülklərin hamısını Faiq Hüseynov şəxsən özü mənə göstərmişdi. Təəssüf ki, dövlətin sərvətini dağıdan Faiq Hüseynov hələ də ARDNŞ-nin Qazma işləri trestinin rəis müavini vəzifəsində işləyir". 

Hüquqları pozulan vətəndaş məmur qardaşının biznes obyektləri barədə də maraqlı anonslar verib: "Onu da qeyd edim ki, bu şəkillərdə əksini tapan faktlar Hüseynovun mülklərinin bir hissəsidir. Faiq Hüseynovun satınalmaları həyata keçirərkən 11 milyon manatı necə mənimsəməsi, (faktlarla. E.H), kef məclislərini kimlərlə harada və necə təşkil etməsi, Pirallahı rayonundakı mülkləri, Aptek və Mebel biznesi, təhsili, dipolomu haqqında da bilgiləri geniş ictimaiyyətə təqdim edəcəm. Ümid edirəm ki, dövlətin əmlakını talan edən bu məmur cəzasız qalmayacaq. Ölkə başçısına ünvanladığım müraciət mütləq nəticəsini verəcək".

Qeyd edək ki, ötən dəfə Elnur Hüseynovun ölkə başçısına ünvanladığı müraciətlə bağlı Faiq Hüseynovdan münasibət öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. Belə ki, məmur haqqında səsləndirilən iddialara münasibət bildirmək əvəzinə, sorğumuza cavab verməkdən yayındı. Ümid edirik ki, bu foto-faktlardan sonra Hüseynov məsələyə münasibəti açıqlayacaq.(arqument.az)

7News.Az

Qorxmaz Hüseynovun qardaşının fantastik MÜLK SİYAHISI
Qorxmaz Hüseynovun qardaşının fantastik MÜLK SİYAHISI
Qorxmaz Hüseynovun qardaşının fantastik MÜLK SİYAHISI
Qorxmaz Hüseynovun qardaşının fantastik MÜLK SİYAHISI
Qorxmaz Hüseynovun qardaşının fantastik MÜLK SİYAHISI
Qorxmaz Hüseynovun qardaşının fantastik MÜLK SİYAHISI
Qorxmaz Hüseynovun qardaşının fantastik MÜLK SİYAHISI
Qorxmaz Hüseynovun qardaşının fantastik MÜLK SİYAHISI
Qorxmaz Hüseynovun qardaşının fantastik MÜLK SİYAHISI



OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...