Krİmİnal

“Qohumlarıma zor tətbiq edəcəyi ilə hədələdi” - MƏHKƏMƏ

“Qohumlarıma zor tətbiq edəcəyi ilə hədələdi” - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Sərhad Əliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Sfera.az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası martın 12-nə təyin olunub. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan S.Əliyev Bakı sakini Nicat Eynullayevə hədə-qorxu gələrək ondan pul tələb etməkdə təqsirləndirilir.

Zərərçəkən polisə müraciətində bildirib ki, S.Əliyev ondan 1 200 manat istəyib və verməyəcəyi təqdirdə onunla bərabər yaxın qohumlarına da zor tətbiq edəcəyini deyib.

Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs əvvəllər Rusiya Federasiyasında məhkum olunan Ağsu rayon sakini Sərhad Əliyev zərərçəkəndən hədə-qorxu ilə qeyd edilən məbləğdə pulu almaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış zamanı bıçaq aşkar edilərək götürülüb.

S.Əliyev ifadəsində etdiyi cinayəti etiraf edib. O qeyd edib ki, zərərçəkənin pulu olduğunu bilib. Təqsirləndirilən şəxs ifadəsində zərərçəkəni və onun yaxın qohumlarını öldürməklə hədələyib, ondan pul verməsini tələb etdiyini qeyd edib.

Ona Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham elan edilib. (report)

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031