“Qarabağ” “Sumqayıt”a qarşı

“Qarabağ” “Sumqayıt”a qarşı
Bu gün Topaz Premyer Liqasında 18-ci tura start veriləcək. Sfera.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Turun açılış matçı Gəncədə yerli "Kəpəz”lə "Səbail” arasında keçiriləcək.

Günün digər matçı Sumqayıtda keçiriləcək. Burada şəhərin eyni adlı təmsilçisi lider "Qarabağ”la qarşılaşacaq.

Topaz Premyer Liqası
18-ci tur
3 mart

15:00. "Kəpəz” – "Səbail”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov.
Gəncə şəhər stadionu.

18:30. "Sumqayıt” – "Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev.
Sumqayıt. "Sumqayıt Arena”.

Turun digər oyunları sabah keçiriləcək: "Qəbələ” – "Neftçi”, "Zirə” – "Keşlə”.

OXŞAR XƏBƏRLƏR