“Qara qızıl”ın qiyməti ucuzlaşır

“Qara qızıl”ın qiyməti ucuzlaşır

 

Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb. 

Sfera.az Bloomberg-ə istinadən xəbər verir ki, hərracların nəticələrinə görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,14% azalaraq 50,21 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,30% ucuzlaşaraq 49,31 dollar təşkil edib.

Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 51,34 və 50,48 dollar təşkil etmişdi.

 

 


OXŞAR XƏBƏRLƏR