Dünya

Putinin Paşinyana verdiyi gizli ismarıc – RƏY

Putinin Paşinyana verdiyi gizli ismarıc – RƏY
Rusiya prezidenti Vladimir Putin İlham Əliyevlə görüşdən bir gün sonra Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etdi. O da digər dövlət başçıları kimi futbol üzrə dünya çempionatının açılış mərasiminə gəlib.

Sfera.az xəbər verir ki, azərbaycanlı politoloq Elxan Şahinoğlu "Facebook” hesabında görüşü şərh edib:

"Putin dünən Azərbaycan prezidenti ilə görüşdə belə bir cümlə işlətmişdi: "İqtisadi əlaqələrimiz yüksək templə inkişaf edir. Siyasi məsələlərə gəlincə, burada da vəziyyət sabitdir”. Yəni "problem yoxdur” demək istəyib”. 

Ekspert qeyd edib ki, Putin Ermənistanla da iqtisadi əlaqələrin artım tempindən məmnundur. 

"Kreml sahibi Paşinyanla görüşdə də diqqəti cəlb edən cümlə işlədib: "Münasibətlərimizin strateji xarakterini və əməkdaşlığımızın müxtəlif istiqamətlərini nəzərə alaraq görüşlərimizə hər zaman ehtiyac var”. Bu cümləni belə də oxumaq olar: "Birincisi, Rusiyadan asılı olduğunuzu unutmayın.

İkincisi, tez-tez görüşməliyik ki, sizin atacağınız addımlardan əvvəlcədən xəbər tutum”.
 
Başqa sözlə, Ermənistanda hakimiyyətdə kim olursa-olsun, Kreml İrəvan üzərindəki nəzarətini azaltmayacaq”, - politoloq deyib. (oxu.az)
 

XƏBƏR LENTİ