Prezidentin sözçüsü işdən azad edilib

Prezidentin sözçüsü işdən azad edilib
 

Xatiya Moistsrapişvili artıq Gürcüstan prezidenti Salome Zurabişvilinin sözçüsü vəzifəsini tutmur.

Sfera.az bildirir ki,  bu barədə prezidentin KİV ilə əlaqələr üzrə müşaviri İrina Şengeliya məlumat verib.

Onun sözlərinə görə, X.Moistsrapişvili artıq mətbuat katibi olmasa da, administrasiyada - kommunikasiya şöbəsində fəaliyyətini davam etdirəcək.

Bununla belə, prezidentin müşaviri nə qərarın səbəbini, nə də vəzifəyə kimin təyin olunacağını açıqlayıb.

Qeyd edək ki, X.Moistsrapişvili 2019-cu ilin yanvar ayından S.Zurabişvilinin mətbuat katibi işləyirdi.


OXŞAR XƏBƏRLƏR