Prezident Toğrul Bağırovun vəfatı ilə bağlı başsağlığı verdi

Prezident Toğrul Bağırovun vəfatı ilə bağlı başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev görkəmli alim Toğrul Bağırovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb: 

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti, siyasi elmlər doktoru, professor Toğrul Adil oğlu Bağırovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir”.

OXŞAR XƏBƏRLƏR