Cəmİyyət

Prezident Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib - FOTOLAR

Prezident Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib - FOTOLAR
Mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi "Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs "Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirib.

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete çıxış ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib. Sonra iftar süfrəsi açılıb.
 

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031