Sİyasət

Prezident Oman Sultanının vəfatı ilə bağlı başsağlığı verib

Prezident  Oman Sultanının vəfatı ilə bağlı başsağlığı verib
 

Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə bu ölkənin Sultanı Əlahəzrət Qabus bin Səidin vəfatı ilə bağlı başsağlığı verib. 

Sfera.az xəbər verir ki, başsağlığında deyilir: 

"Əlahəzrət,

 

Görkəmli dövlət xadimi, Omanın Sultanı Əlahəzrət Qabus bin Səidin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Oman xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031