Prezident NATO nümayəndəsi ilə görüşdü

Prezident NATO nümayəndəsi ilə görüşdü
Prezident İlham Əliyev fevralın 16-da NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.
"Qafqazinfo” xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlət başçısına çatdıran xüsusi nümayəndə Ceyms Appaturay Prezident İlham Əliyevin NATO-nun mənzil-qərargahına son səfərini və keçirdiyi görüşləri xatırldıb.
Söhbət zamanı Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olmasının razılıq doğurduğu vurğulanıb, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfə yüksək qiymətləndirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, NATO-nun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bölüvlüyünün daim dəstəklənməsindən məmnunluq ifadə olunub.

OXŞAR XƏBƏRLƏR