Prezident: \"İpək Yolunun yaxınlığında yerləşən ölkələr də bu imkandan faydalana bilər\"

Prezident: \
İpək Yolunun yaxınlığında yerləşən ölkələr də bu imkandan faydalana bilər.
 

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 19-da Dünya İqtisadi Forumunun "İpək Yolunun səmərəsi" adlı interaktiv iclasında deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bugünkü vəziyyət bizim doğru addım atdığımızı göstərir. Çünki indi biz bu çatışmayan seqmentin tamamlanmasına çox yaxınıq. Eyni zamanda, bu, Çinin "Bir kəmər - bir yol" baxışı ilə də üst-üstə düşür. Bizim Çin ilə əlaqələrimiz var və artıq İpək Yolu test rejimində fəaliyyət göstərir. Keçən il ilk konteyner test qatarı Çindən yola düşərək, Mərkəzi Asiyadan, Xəzər regionundan, Azərbaycan, Gürcüstan və Avropadan keçərək gəlmişdir. Biz bu yolun təchizatçılar üçün necə cəlbedici olması üzərində çalışırıq. Eyni zamanda, qeyd etdiyim kimi, bu layihə təkcə investisiyalar və nəqliyyat infrastrukturundan ibarət deyil, - baxmayaraq ki, bunlar çox önəmlidir, - bu layihə həm də qarşılıqlı bağlılıq yaradır. Qarşılıqlı bağlılıq isə dostluğu gücləndirir. İpək Yolu üzərində yerləşən bütün ölkələrin bir-biri ilə yaxşı işçi münasibətləri olduğuna görə biz çox xoşbəxtik. Lakin bu qarşılıqlı bağlılıq bunu daha da gücləndirəcək. Bu, müxtəlif ölkələr - müxtəlif siyasi gündəliyi, mədəniyyəti, dini, tarixi olan ölkələr arasında çox nadir olan əməkdaşlıq formasını təmin edəcək və hesab edirəm ki, bu, dünyanın yeni bir modelidir. Çünki biz Azərbaycanda mədəniyyətlərarası dialoq məsələsinə çoxlu investisiya yatırırıq. Məsələn, keçən il Azərbaycanda "Multikulturalizm İli" elan olunmuşdu, bu il isə "İslam Həmrəyliyi İli" elan olunub".

İlham Əliyev əlavə edib: "Biz eyni zamanda Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv olan çox azsaylı ölkələrdənik. Biz Avropa və Asiya arasında yerləşirik. Bu coğrafi yerləşmə, tarixi irsimiz və siyasi gündəliyimiz həmin layihəni ərsəyə gətirmək üçün bizə çox kömək edir. Əlbəttə ki, biz bu layihəyə aid istənilən təşəbbüslərə dəstək verəcəyik. Biz bu istiqamətə daha çox yükdaşımalarını cəlb etmək üçün tərəfdaş ölkələrlə ikitərəfli formatda işləyirik. Təkcə birbaşa İpək Yolu üzərində yerləşən ölkələr yox, həm də bu yolun yaxınlığında yerləşən ölkələr bu imkandan faydalana bilər".


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...