Sİyasət

Prezident İlham Əliyev Məhəmməd Qani ilə görüşüb

Prezident İlham Əliyev Məhəmməd Qani ilə görüşüb
İyulun 11-də Brüsseldə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.

Sfera.az xəbər verir ki, dövlət başçısı Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə səfərlərini və indiyədək keçirdiyi görüşləri məmnunluqla xatırladıb.

Prezident İlham Əliyev Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısının çox uğurla keçirildiyini və yaxşı müzakirələrin aparıldığını bildirib.

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani dövlətimizin başçısına yenidən prezident seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.

Məhəmməd Əşrəf Qani Azərbaycanın Əfqanıstana müxtəlif sahələrdə göstərdiyi davamlı dəstəyə, həmçinin ölkəmizin Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi etdiyinə görə bir daha minnətdarlığını bildirib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, Azərbaycanın Əfqanıstana humanitar sahədə göstərdiyi dəstək xüsusi vurğulanıb.

Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycanın Əfqanıstanda sülhün bərqərar edilməsi istiqamətində xüsusi rolu qeyd edilib.

Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

XƏBƏR LENTİ