Azərbaycanda yeni qadağa QÜVVƏYƏ MİNDİ - Bu gündən...

Azərbaycanda yeni qadağa QÜVVƏYƏ MİNDİ - Bu gündən...

Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir.

 

Sfera.az bildirir ki, balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium artıq qüvvəyə minir. Proses sentyabrın 1-dək davam edəcək.

 

Beləliklə, balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Qeyd edək ki, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

 

Günay


OXŞAR XƏBƏRLƏR