Polis rəisinin atası dələduzluqda ittiham olunur

Polis rəisinin atası dələduzluqda ittiham olunur
 

Göyçay şəhəri, N.Tusi küçəsi, ev 7-də yaşayan Rusiya Federasiyasının vətəndaşı Quliyev Mehman Tahir oğlu tərəfindən "Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. 

Sfera.az bildirir ki,  həmin məktubda şikayətçi yazır:

"Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzovun atası Zəlimxan Novruzov oğluna arxayın olub, məni aldadıb, dələduzluq yolu ilə küllü miuqdarda pulumu ələ keçirmişdi.

Belə ki, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzovun atası Zəlimxan Novruzovdan Azərbaycanda biznes qurmaq təklifi aldım. İşin adı isə yükdaşıma idi. Buna görə, "Hovo” markalı yük maşını almaq üçün Zəlimxan Novruzova 41 500 ABŞ dolları pul verdim. Həmin pula 99 DE 219 nömrəli "Hovo” markalı yük avtomobili alındı. Avtomobili həyat yoldaşı Fatma Novruzovanın adına rəsmiləşdirdi.

Mən Rusiyada yaşadığım üçün həmin biznesə Zəlimxan Novruzovun özü nəzarət edirdi. Bir müddət mənə əldə olunan qazancdan müəyyən məbləğdə pul versə də, sonradan oğlunun vəzifəsindən, mənim isə etibarımdan sui-istifadə edərək, məni aldatmağa başladı. O, "Hovo” markalı avtomobilin nömrəsini də dəyişdirmişdi.

Həyat yoldaşı Fatma Novruzova ilə rəmi şəkildə boşansa da, ancaq faktiki bir yerdə yaşayırlar. Bunu isə dələduzluq yolu ilə əldə etdiyi kapitalı qorumaq üçün edib. Bütün əmlakını həyat yoldaşının adına rəsmiləşdirib. Mən bunu bilib, Zəlimxan Novruzovdan həmin avtomobili satıb, mənim 41500 ABŞ dolları pulumu verməyi xahiş etdikdə, o, məni və ailəmi polis rəisi olan oğlu Nizami Novruzovla hədələdi. Çiynində polis zabiti rütbəsi daşyan polis rəisi Nizami Novruzov atasının dələduzluq əməllərinə haqq qazandırır. Bu isə polis adına böyük bir ləkədir.

Mən bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişəm. Ancaq hələ heç bir tədbir görülməyib.

İnanıram ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazov mənim bu şikayətimi obyektiv araşdırıb, atasının dələduzliuğuna haqq qazandıran, onun cinayət əməllərini müdafiə edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzovun və atasının barəsində qanuna müvafiq tədbirlər görəcək”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...

Qazaxıstanın Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komanda məntəqəsində OLDU

Qazaxıstan müdafiə nazirinin birinci müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov Azərbaycan Hərbi Hava Qü...

Qazaxıstanın Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komanda məntəqəsində OLDU

Qazaxıstan müdafiə nazirinin birinci müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov Azərbaycan Hərbi Hava Qü...

Yaşlı insanlar niyə intihar edirlər? - Həkimdən AÇIQLAMA 

Ötən gün Respublikanın sabiq baş pediatrı, professor Nəsib Quliyevin intihar etməsi gündəm olub. Bu xəbərdən sonra daha çox müzakirə obyekti olan məsələ isə məh...

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ ETDİ - FOTO - YENİLƏNDİ - 5

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqme...

Putinin Çin səfəri ilə bağlı RƏSMİ AÇIQLAMA: "Çinlə razılaşıb..."

Rusiya Prezidenti Vladimir Putinlə Çin sədri Si Cinpin arasında istənilən təmas dünya ictimaiyyətinin diqqətini cəlb edir.   Sfera.az bildirir ki, b...