Cəmİyyət

Polis 54 yaşlı kişini İnstaqramdakı videolarına görə saxladı — VİDEO

Polis 54 yaşlı kişini İnstaqramdakı videolarına görə saxladı — VİDEO
Abşeronda ağsaqqal kişi yaşına yaraşmayan hərəkət edib.özünün narkotik vasitədən iftifadə etməsi azmış kimi, 54 yaşlı Abidin Məhərrəmov "facebook" və "instagram" sosial şəbəkələrində meyxana sədaları altında bu əməlini təbliğ edib. Mehdiabad polis bölməsinin əməkdaşları dərhal Abdin Məhərrəmovun yerini müəyyən edərək saxlayıb. Kürdəmirdə isə marixuana satan şəxs saxlanıb.


54 yaşı var. Övladlarına tərbiyə verəcək yaşda olan bu şəxs narkotik qəbulunu sosial şəbəkədə təbliğ edir.


Görüntülərin izinə düşən Abşeron polisi bu şəxsi qısa zamanda müəyyən edib. Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 54 yaşlı Məmmədli kənd sakini Abidin Məhərrəmov tutulub. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs həm də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub.


Bundan əlavə onun Məmmədli kəndindəki evinə baxış keçirilən zaman, oradan xüsusi bükümdə narkotik vaistə hesab edilən, təqribi çəkisi 2 kq a yaxın marixuana aşkar edilərək götürülüb.


Kürdəmir sakinindən dəküllü miqdarda narkotik vasitə və silah sursat aşkarlanaraq götürülüb. Daxil olmuş məlumat əsasında rayonunKöhünlü kənd sakini, 60 yaşlı Sadiq Mikayılovun evinə baxış keçirilib və oradan1 ədəd ij markalı odlu ov silahı və narkotik aşkarlanıb.


Ümumi çəkisi 5 kq 580 qramnarkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi götürülüb. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

 


XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031