Maraqlı

"Planet Parni iz Baku" "Ölülər"i təqdim etdi - gecədən FOTOLAR

"Planet Parni iz Baku" KVN Teatrının ərsəyə gətirdiyi "Ölülər XXI Əsr" filminin təqdimat mərasimi keçirilib.

BiG.AZ xəbər verir ki, təqdimatda filmin yaradıcı heyəti ilə yanaşı tanınmış şaxslər də qatılıb.

Təqdimatda əməkdar artistlər Tahir və Cabir İmanovlar, Dilarə Əliyeva, xalq artisti, bəstəkar Faiq Sücəddinov, xalq artisti Valeh Kərimov, Murad Dadaşov, müğənni Elçin Cəfərov, Xalq artisti Fəxrəddin Manafov, Xalq yazıçısı Anar və digərləri qatılıb.

Filim ideya müəllifi, əməkdar artist Tahir İmanov "Ölülər XXI Əsr"in ərsəyə gəlməsindən əməyi olan hər kəsə təşəkkür edib:

"16 ilə yaxındır ki, biz Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin müasir versiyası üzərində həm işləmişik, həm də bu məqsədə doğru getmişik. Təbii ki hər şey Vətənə olan böyük sevgidən başlayır. Uşaq ikən nöqsanlarımız olanda, təbii ki bu nöqsanlarımızı valideynlərimiz, nənə-babalarımız, böyüklərimiz deyirdi. Çünki insan nöqsansız olmur. Pak və nöqsansız olan sadəcə Allahdır. Vətənimizi çox sevdiyimiz üçün cəmiyyətdə baş verən nöqsanları göstəririk. "Ölülər XXI əsr” filminin ismarıcı birdir. Təhsil almaq, savada yiyələnmək, çağdaş dövrlə ayaqlaşmaq. Çox şərəfli və çətin anlar yaşayırıq. Çünki C.Məmmədquluzadə kimi böyük sənətkarın yaradıcılığna müraciət etmişik. Çətin ona görədir ki, bir ildən çoxdur ki, bütün telekanallarda bizə qadağa qoyublar. Şərəfvericidir ki, bütün bunlara baxmayaraq bu gün zalda nurlu simalar görürük. Yaxım, əziz insanlarımız görürük". 

Təqdimatdan fotoları təqdim edirik:
























XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031